Meksikada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb


Meksikanın Naukalpan şəhərində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 6 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.


Yerli mətbuatın məlumatına görə, güclü yağış Meksikanın Naukalpan şəhərində həyata mənfi təsir edib.

Yağış nəticəsində baş verən sürüşmədə 2-si qadın olmaqla 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Sürüşmə nəticəsində bir ev və bir məktəbə ziyan dəyib.

Mexiko ştatının qubernatoru Delfina Qomez sürüşmə nəticəsində zərər çəkmiş ailələrə dəstək olmaq üçün xilasetmə qrupları və təhlükəsizlik qüvvələrinin göndərilməsi barədə göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu