Süd Yolu Qalaktikası başqa qalaktika ilə təmasda ola bilər


Tədqiqatçılar, Süd Yolu qalaktikamızın xarici sərhədlərinin düşündüyümüzdən daha çox uzana biləcəyi və əslində ən yaxın qonşumuz olan Andromeda qalaktikasına toxunduğu ehtimalını irəli sürürlər.


“Nature Astronomy” jurnalında dərc olunan məqalədə bildirilir ki, beynəlxalq alimlər qrupu ulduzlararası fəza ilə qalaktikaları əhatə edən qaz buludu olan “sirkumqalaktik mühit” (CGM) arasındakı sərhədi yenidən müəyyənləşdirməyi təklif edir.

İndiyədək bu qaz buludu alimlər üçün sirr olaraq qalırdı. Qalaktikaların kütləsinin təxminən 70 faizini təşkil edən bu qaz buludunu öyrənmək üçün tədqiqatçılar kvazarlar kimi göy cisimləri tərəfindən udulan işığı təhlil etməli olublar.

Əvvəlki Hubble müşahidələri dörd milyard il ərzində Süd Yolunun Andromeda ilə birbaşa toqquşma yaşayacağını proqnozlaşdırmışdı. Son məlumatlar göstərir ki, bu toqquşma texniki cəhətdən artıq başlamış ola bilər.

Komandanın ən müasir dərin kosmos təsviri üsullarından istifadə edərək apardığı müşahidə onlara kosmosa təxminən 100 min işıq ili baxmağa imkan verib.

"Biz indi qalaktikanın təsirinin harada bitdiyini, onun ətraf mühitin bir hissəsinə çevrildiyi keçidi və nəhayət nəhəng kosmik şəbəkə və digər qalaktikalarla necə birləşdiyini görürük" - deyə Nielsen bildirib.

Onun sözlərinə görə, qalaktikaları əhatə edən bu qaz buludunun şərtləri qalaktikalardakı şəraitdən təəccüblü dərəcədə fərqlidir: "CGM-dəki qaz qalaktikalardakı tipik şəraitdən başqa bir şeylə qızdırılır, bu, ola bilsin ki, geniş yayılmış radiasiya və bütün kainatdakı kollektiv qalaktikalar tərəfindən yayılan zərbələrin bir töhfəsidir".

Bu kəşf sayəsində tədqiqatçılar qalaktikaların necə təkamül etdiyi və onların qazı necə toplayıb xaric etdiyinə dair yeni anlayışlar əldə etməyə ümid edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu