Reuters: Makrona və Fransa XİN-ə Durovun həbsi ilə bağlı xəbərdarlıq edilməyib
Telegram-ın həmtəsisçisi Pavel Durovun həbsi ilə bağlı nə Fransa prezidenti Emmanuel Makrona, nə də Respublika Xarici İşlər Nazirliyinə əvvəlcədən xəbərdarlıq edilməyib.
Bu barədə Paris prokurorluğundakı mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Durova da gözlənilən həbs barədə məlumat verilməyib.
Mənbə əlavə olaraq agentliyə bildirib ki, Fransa prokurorluğunun apardığı araşdırmanın ABŞ-la heç bir əlaqəsi yoxdur.