İngiltərə İordan çayının qərb sahilindən narahatlığını ifadə edib


İngiltərə, İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində başlatdığı geniş miqyaslı hücumlar nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı xəbərlərdən dərin narahat olduğunu bəyan edib.


İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin İordan çayının qərb sahilində başlatdığı hücumlarla bağlı verdiyi yazılı açıqlamada mülki vətəndaşların həlak olması ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirdiklərini bildirib.

"Bu, açıq şəkildə inkişaf edən bir vəziyyətdir və biz onu yaxından izləyirik. Biz mötədilliyə, gərginliyi azaltmağa və beynəlxalq hüquqa riayət etməyə çağırmaqda davam edirik", - deyə sözçü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu