"Lufthansa" şirkəti Təl-Əviv, Tehran və Beyruta uçuşların ləğvini uzadıb


Almaniyanın "Lufthansa" aviaşirkəti Yaxın Şərqdəki gərginlik səbəbindən Təl-Əviv və Tehrana uçuşların ləğvini sentyabrın 2-dək, Beyruta isə sentyabrın 30-a qədər uzaddığını açıqlayıb.



"Lufthansa"nın verdiyi açıqlamaya görə, "Lufthansa" qrupu mövcud təhlükəsizlik təhlili əsasında Yaxın Şərqdəki əməliyyatlarını yeniləyib.

Müvafiq olaraq, Təl-Əviv və Tehrana uçuşlar sentyabrın 2-dək, Beyruta isə sentyabrın 30-dək dayandırılıb.

Əmman və Ərbilə uçuşlar avqustun 27-dən etibarən bərpa olunacaq.

Ləğvlərdən təsirlənən sərnişinlərə rezervasiyanı pulsuz dəyişmək və ya ləğv etmək imkanı təklif edilib.

Qeyd edək ki, "Lufthansa" daha əvvəl Yaxın Şərqdəki hadisələrlə əlaqədar apardığı təhlükəsizlik təhlili çərçivəsində Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşları avqustun 26-dək ləğv etmişdi.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu