"Lufthansa" təhlükəsizlik səbəbiylə Beyrutdan sonra Tel-Əvivə uçuşları dayandırıb


Alman aviaşirkəti "Lufthansa" təhlükəsizlik səbəbiylə Livanın paytaxtı Beyrutdan sonra İsrailin paytaxtı Təl-Əvivə uçuşları dayandırıb.



Belçikanın rəsmi xəbər agentliyi Belqanın məlumatına görə, "Lufthansa" avqustun 8-dək Tel-Əvivə uçmayacaq.

"Lufthansa" Beyruta uçmamaq barədə əvvəlki qərarının əhatə dairəsini avqustun 12-dək uzadıb.

Qərara səbəb kimi bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi göstərilib və uçuşların bərpası ilə bağlı yerdə vəziyyətin izləniləcəyi bildirilib.

Uçuşları ləğv edilən sərnişinlər yenidən bron edə və ya pulun geri qaytarılmasını tələb edə biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu