Rusiya "American Express" bankın fəaliyyətini dayandırdı

Rusiya Mərkəzi Bankı "American Express" bankının fəaliyyət lisenziyasını ləğv edib.
Rusiya Mərkəzi Bankından verilən açıqlamada "American Express"in könüllü ləğvetmə qərarı aldığı və bu səbəbdən bankın fəaliyyət lisenziyasının ləğv edildiyi bildirilib.
"American Express" Ukrayna müharibəsindən sonra 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin may ayında imzaladığı fərmanla "American Express"in könüllü ləğvinə icazə verib.