Avstraliyadan vətəndaşlarına İngiltərə xəbərdarlığı


Avstraliya ötən həftə İngiltərədə başlayan və bütün ölkəyə yayılan ifrat sağçı qrupların zorakı hərəkətləri səbəbindən bu ölkədəki vətəndaşlarına çox diqqətli olmaları və etirazların keçirildiyi ərazilərdən uzaq durmaları barədə xəbərdarlıq edib.



Avstraliya Xarici İşlər Nazirliyinin səyahət məlumat saytı "ağıllı səyahətçi" Böyük Britaniya üçün səyahət xəbərdarlığını yeniləyib.

Saytda yenilənmiş səyahət xəbərdarlığında deyilir: “Potensial iğtişaşlar və zorakılıq səbəbindən etiraz aksiyalarının keçirildiyi ərazilərdən qaçın”.

Xəbərdarlıqda avstraliyalılara hadisələr zamanı baş verə biləcək terror təhlükəsi səbəbindən çox diqqətli olmaları tövsiyə edilib və hadisələrə, Şimali İrlandiyada vəziyyətə, eləcə də ifrat sağçı və digər qrupların terror təhlükələrinə qarşı ayıq-sayıq olmağa çağırış edilib.

Xəbərdarlıqda həmçinin Şimali İrlandiya üçün terror təhlükəsi səviyyəsinin əhəmiyyətli olduğu vurğulanıb və əlavə edilib ki, bu, hücum ehtimalı deməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu