Kreml: Ukrayna ilə danışıqlara açığıq, lakin aydınlaşdırılmalı məsələlər var
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlar prosesinə açıqdır, lakin Kiyevin aydınlaşdırmağa ehtiyacı olan çoxlu məsələlər var.
Peskov Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Rusiya ilə danışıqlara hazır olduqları barədə bəyanatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bu mövzuda indiyə qədər bir çox fərqli açıqlamalar verildiyini və dəqiq bir vəziyyət olmadığını bildirən Peskov, “Rusiya ümumən danışıqlar prosesinə açıqdır, lakin əvvəlcə Ukrayna tərəfinin buna nə qədər hazır olduğuna, səlahiyyətli orqanlarından nə dərəcədə icazə aldığını anlamaq lazımdır” deyib.
Moskvanın Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıq aparıb-aparmaması məsələsinin sadə məsələ olmadığına diqqət çəkən Peskov, hüquqi baxımdan Zelenskinin səlahiyyət müddətinin başa çatması ilə bağlı məsələnin gündəmdə olduğunu, lakin bu məsələnin həlli yolunda praktiki perspektivə malik olduqları üçün danışıqlar yolu ilə məqsədlərə çatmağa açıq olduqlarını vurğulayıb.
Peskov bununla bağlı müxtəlif variantların olduğuna diqqət çəkib.
Zelenskinin legitimliyi ilə bağlı ümumi sualdan əlavə başqa bir problemin olduğuna diqqət çəkən Peskov, "Ukraynanın Rusiya tərəfi ilə hər cür təmas və danışıqlara faktiki qadağası var. Bu qadağalar hələ də qüvvədədir. Ona görə də hələ aydınlaşdırılmalı və eşidilməli olan çox şey var" deyə vurğulayıb.