"Standart" freqatı yalnız təhlükəsizlik baxımından Aİ limanına daxil ola bilər


“Standard” yelkənli freqatı Avropa İttifaqının sanksiyalarına baxmayaraq, yalnız dəniz təhlükəsizliyi məqsədilə Avropa limanına daxil ola bilər.


Bu barədə TASS-ın müxbirinə İspaniya hakimiyyətinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, gəmiyə Avropa İttifaqının məhdudiyyətləri səbəbindən Viqo limanına daxil olmaq icazəsi verilməyib. Agentliyin nümayəndəsi bildirib ki, freqat yalnız dəniz təhlükəsizliyi səbəbi ilə Avropa limanına daxil ola bilər.

Kapitan Vladimir Martus İspaniyadakı liman rəhbərlərinin hazırda Avropa sahilləri ilə üzən və sanksiyalara görə limanlara girməkdə çətinlik çəkən “Standart” freqatının limana buraxılmaması barədə göstəriş aldıqlarını bildirib. Fransanın qərbindəki Finistere departamentinin prefekturası da freqatın dəniz festivalında iştirak etməli olduğu Brest limanında yan almağını qadağan edib.

Qeyd edək ki, "Standart" ötən illərdə tədbirdə iştirak etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu