Rusiyada benzin ixracı yenidən qadağan oluna bilər


Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkədə yanacaq bazarında vəziyyətin stabil olduğunu və mənfi hallar baş verərsə, avqust ayından etibarən yenidən benzin ixracına qadağa qoya biləcəklərini bildirib.



Novak Qroznı şəhərində jurnalistlərə açıqlamasında ölkənin yanacaq bazarındakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Novak Rusiyada məşhur benzin növü olan AI-95 ilə bağlı bəzi problemlərin olduğuna diqqət çəkib.

Vəziyyətlə bağlı ötən həftə müxtəlif görüşlər keçirdiklərini açıqlayan Novak, "Prinsipcə benzin qiymətlərində vəziyyət gərgin olarsa, avqust ayında benzin ixracı üçün icazəni uzatmayacağıq" deyib.

Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub.

Rusiya hökuməti martın 1-dən benzin ixracına qadağa qoyub, daha sonra müxtəlif ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracı istisna edib.

Rusiyanın Federal Rəqabət Xidməti (FAS) iyulun 12-də verdiyi açıqlamada avqustun 1-dən etibarən ölkədə yenidən benzin ixracına qadağa qoyulmasını dəstəklədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu