NASA qalaktikaların birləşməsinin görüntülərini yayımlayıb -
NASA "James Webb" Kosmik Teleskopu ilə çəkilmiş ilk şəkillərin nəşrinin iki illiyi münasibətilə birləşmə prosesində olan iki qalaktikanın şəkillərini yayımlayıb.
Bu barədə Reuters məlumat yayıb.
Şəkillər Hydra bürcündə Yerdən 326 milyon işıq ili uzaqlıqda yerləşən, birlikdə Arp 142 kimi tanınan "Pinqvin" və "Yumurta" qalaktikalarını göstərir.
Kadrlarda ulduzların yavaş birləşməsi zamanı qaz və onların qarışığı olan duman görünür.
Kosmik agentliyin məlumatına görə, qalaktikaların qarşılıqlı təsiri 25-75 milyon il əvvəl başlayıb. Yalnız 100 milyon ildən sonra onların bir olacağı gözlənilir.