NASA təsbit etdi: Qara dəliklər toqquşmaq üzrədir


NASA-nın Çandra X-ray Rəsədxanası 760 milyon işıq ili və 3,2 milyard işıq ilindən çox uzaqlıqda toqquşmaq və birləşmək üzrə olan iki cüt cırtdan qalaktika müşahidə edib.


NASA alimlərinin fikrincə, bu birləşmələr sayəsində qalaktikaların mərkəzindəki qara dəliklər də toqquşacaq. Nəhayət, onlar daha böyük qalaktikalara və daha yüksək kütləli qara dəliklərə çevriləcəklər. Cırtdan qalaktikalar ulduz kütləsi Günəşdən təxminən 3 milyard dəfə böyük olan kiçik qalaktikalardır. Müqayisə üçün qeyd edək ki, Süd Yolu Qalaktikasının ulduz kütləsinin Günəşdən təxminən 60 milyard dəfə böyük olduğu güman edilir.

Yeni tədqiqat birləşmə prosesində olan iki cırtdan qalaktikaya daha yaxından baxmaq imkanı verir.

Bir cüt qalaktikanın belə birləşməsini görmək elm adamları üçün böyük bir fürsətdirsə, iki cüt qalaktikanın müşahidəsi olduqca nadir bir fürsətdir.

Eyni zamanda, bu müşahidələr toqquşmaq üzrə olan cırtdan qalaktikalardakı qara dəliklərin ilk müşahidə sübutu idi.

Astronomların fikrincə, bu cırtdan qalaktikalar zamanla birləşərək Süd Yolu kimi daha böyük qalaktikaları əmələ gətirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu