Ermənistan Fransadan “Sezar” artilleriya sistemi alır


Fransanın müdafiə naziri Sebastyan Lekornu və onun erməni həmkarı Suren Papikyan Ermənistana “Sezar” artilleriya sisteminin satışına dair müqavilə imzalayıblar.



Lekornu X hesabında verdiyi açıqlamada Avropanın ən böyük müdafiə sənayesi tədbiri olan "Eurosatory" çərçivəsində Papikyanla görüşdüklərini bildirib.

Papikyanla görüşlərinin məhsuldar keçdiyini qeyd edən Lekornu “Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik” deyib.

Lekornu Papikyanla Fransanın "Sezar" artilleriya sisteminin satışı üçün müqavilə imzaladıqlarını açıqlayıb.

Qeyd edək ki, "Sezar" artilleriya sistemləri Fransanın müdafiə sənayesi şirkəti "Nexter" tərəfindən istehsal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu