Çin 2023-cü ildə illik qlobal avtomobil satışında ABŞ-ı geridə qoyub


2023-cü ildə Çin illik qlobal avtomobil satışında ilk dəfə ABŞ-ı geridə qoyub.



Bu barədə Britaniyanın JATO Dynamics şirkəti iyunun 13-də məlumat yayıb.

Ötən ilin sonunda qlobal satışların 17,9 %-i Çinin payına düşüb (13,43 milyon avtomobil; 2022-ci illə müqayisədə 23% artım). ABŞ-dan olan rəqiblərin payı 15,2% olub (11,93 milyon avtomobil, artım 9%).

Analitiklərin fikrincə Çinin daxili bazarında yavaşlama əlamətləri göründüyündən, Çin istehsalçıları artım üçün xaricə baxırlar.

Qlobal avtomobil satışında Yaponiya lider olaraq qalır (29,1% pay). Avropa isə ikinci yerdədir (24,9%).

2023-cü ildə dünyada ən çox satılan minik avtomobili "Tesla Model Y" elektrik avtomobili olub. İlk beşliyi "Toyota RAV4" (Wildlander), "Honda CR-V" (Breeze), "Toyota Corolla" (Levin) və "Toyota Corolla Cross" (Frontlander) tamamlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu