"Toyota" 2023-cü ildə istehsal rekordu hədəfləyir


"Toyota Motors" bu il 10,6 milyon avtomobil istehsal etməyi hədəfləyib.


AFN.az Yaponiya istehsalçısının verdiyi açıqlamaya istinadən xəbər verir ki, "Toyota" bu göstəriciyə nail olsa, şirkət indiyə qədərki ən yüksək istehsal göstəricisinə çatmış olacaq.

Şirkət, yarımkeçirici təchizatı qeyri-müəyyənlikləri və Covid-19 səbəbindən işçi qüvvəsi itkiləri səbəbilə ilin sonunda istehsal hədəfinin 10 faiz azala biləcəyini söyləmişdi. "Toyota"nın baş kommunikasiya meneceri (COO) Nagata Jun verdiyi açıqlamada, daxili bazara üstünlük verərək çatdırılma müddətlərini qısaldacaqlarını və hissələrin problemlərini minimuma endirmək üçün təchizatçılarla daha sıx işləyəcəklərini söyləyib.

"Toyota Motors" şirkəti sonuncu dəfə 2019-cu ildə 9,1 milyon avtomobil istehsal edərək öz istehsal rekordunu qırıb. Şirkət 2022-ci ilin aprel-2023-cü ilin mart aylarını əhatə edən maliyyə ilində 9,2 milyon avtomobil istehsalı hədəfini saxladığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu