Bəhreynin paytaxtında bazar yanıb


Bəhreynin paytaxtı Manamada bazarda baş verən yanğında 25 mağazanın yandığı və yaralananların olduğu açıqlanıb.



Bəhreyn Daxili İşlər Nazirliyi X platformasında verdiyi açıqlamada bildirib ki, mülki müdafiə qrupları Manama bazarında çoxmərtəbəli binada baş verən yanğını söndürməyə çalışır.

Açıqlamada sözügedən yanğının söndürülməsi üçün 16 texnika və 63 nəfərin çalışdığı və səlahiyyətli qurumların bölgədə lazımi prosedurların aparıldığı qeyd edilsə də, yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

Digər tərəfdən Bəhreynin Əl-Əyyam qəzetinin xəbərində köhnə Manama bazarında baş verən yanğında yaralananların olduğu və 25-dən çox mağazanın yandığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu