Düsseldorfda baş verən yanğında 3 nəfər ölüb


Almaniyanın Düsseldorf şəhərində bir binada baş verən yanğında 3 nəfərin öldüyü, ikisinin ağır olaraq 16 nəfərin yaralandığı bildirilib.



Yanğınsöndürmə briqadasının sözçüsündən verilən açıqlamada yerli vaxtla saat 02.25-də Licht küçəsindəki bir binanın aşağı mərtəbəsindəki köşkdə baş verən yanğına dərhal müdaxilə edildiyi, partlayışla birlikdə alovun yuxarı mərtəbələrə keçdiyi bildirilib.

Açıqlamada binanın qarşısındakı avtomobillərin də yandığı, binanın təxliyə edildiyi, lakin yanğında 3 nəfərin həyatını itirdiyi, ikisinin ağır olmaqla 16 nəfərin müxtəlif xəsarətlər aldığı və ya tüstüdən zəhərləndiyi qeyd edilib.

Xilasetmə əməliyyatında 100-ə yaxın təcili yardım xidmətinin əməkdaşının iştirak etdiyi paylaşılıb.

Polis yanğının baş vermə səbəbinin araşdırıldığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu