ABŞ və Avropaya görə nasizmin dirçəlməsi təhlükəsi var - Lavrov
Dünyada nasizmin dirçəlməsi təhlükəsi Qərb ölkələrinin hərəkətləri ucbatından mövcuddur.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla ilə danışıqların yekunlarına dair mətbuat konfransında o, “Hadisələrin bu cür inkişafı təhlükəsi təəssüf ki, ABŞ və onun avropalı müttəfiqlərinin siyasəti nəticəsində mövcuddur” deyə vurğulayıb.
Rusiyalı nazirin sözlərinə görə, Qərb hər cür yolla neonasist əhval-ruhiyyəni qızışdırmağa çalışır, o cümlədən Ukraynada da. Lavrov əlavə edib ki, bundan Rusiyaya qarşı istifadə olunur.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bəzi Avropa İttifaqı ölkələrində də oxşar hissləri qeyd edib.