Nadir görülən nəhəng balıq Oreqonda sahilə çıxıb


ABŞ-ın Oreqon ştatında sahilə nadir görünən nəhəng balıq çıxıb. Mütəxəssislər heyvanın öz növü üzrə qeydə alınmış ən böyük nümunəsi ola biləcəyini düşünürlər.


Cənub yarımkürəsində yalnız mülayim sularda yaşadığı düşünülən "Mola tekta" adlı günəş balığı növünün son illərdə ABŞ sahillərində görünməsi bu nəzəriyyəni şübhə altına alır.

2019-cu ildə Kaliforniya sahillərində görülən bu balıq növünə təxminən 130 ildə ilk dəfə Şimal yarımkürəsində rastlanıb. Daha sonra bir neçə belə hadisə baş versə də, ekspertlər heyvanın "Mola mola" adlı daha geniş yayılmış günəş balığı növü ilə qarışmış ola biləcəyini və əslində bu yarımkürədə daha tez-tez görüldüyünü deyirlər.

Dənizkənarı Akvarium iki gün əvvəl elan edib ki, iyunun 3-də Oreqon ştatının Gearhart çimərliyində 8 fut uzunluğunda günəş balığı görülüb. Yeni Zelandiyadan olan dəniz bioloqu Mariann Nyegaard akvariumla əlaqə saxlayıb.

"Mola tecta" növünü ilk dəfə 2017-ci ildə təsvir edən Nyegaard, Oreqondakı balıqların şəkillərini və toxuma nümunələrini istəyib. O, apardığı müayinələr nəticəsində heyvanın bu növə aid olduğunu təsdiqləyib.

Nyegaard, balığın indiyə qədər nümunə götürülmüş ən böyük Mola tektası ola biləcəyini düşünür.

Balığın sərt dərisinə nüfuz etmək çətin olduğu üçün hələ də sahildə olan heyvanın bir neçə həftə daha orada qala biləcəyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu