"Ferentsvaroş"dan "Qarabağ"a qarşı təxribat - FOTO


Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribata yol verib.



Teleqraf-ın məlumatına görə, Budapeşt təmsilçisinin rəsmi saytında "Qarabağ" Ermənistan çempionu kimi təqdim olunub.



Yazıda bu ölkənin adının iki dəfə çəkilməsi texniki səhv yox, təxribatçı davranış əlaməti kimi dəyərləndirilə bilər: “Çərşənbə axşamı (19 avqust - red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik. 36 qat Macarıstan çempionu olan komandamız Ermənistanın ‘Noa’ və Bolqarıstanın ‘Lüdoqorets’ klubları üzərində qələbələrdən sonra pley-off mərhələsində ‘Qarabağ’la qarşılaşacaq. Robbi Kinin rəhbərlik etdiyi məşqçilər heyəti Ermənistan çempionu ilə qarşılaşma üçün heyət formalaşdıraraq, UEFA-ya təqdim edib”.



Qeyd edək ki, “Ferentsvaroş” və “Qarabağ” arasında avqustun 19-da Qrupama Arenada keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab görüşünün start fiti saat 23:00-da çalınacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu