ABŞ-da bubon taunu yoluxması qeydə alınıb


ABŞ-ın Oreqon ştatının səhiyyə rəsmiləri bir adamda görülən bubon taunu yoluxmasını təsdiqləyiblər. Bildirilir ki, bu xəstəliyə sonuncu yoluxma 2015-ci ildə həmin ştatda qeydə alınıb.


Oreqon ştatının Desçutes qəsəbə Sağlamlıq İdarəsi fevralın 7-də verdiyi açıqlamada bir vətəndaşda bubon taununun görüldüyünü bildirib. "Həmin şəxslə və onun ev heyvanının yaxın təmasda olduğu bütün insanlarla əlaqə saxlandı və xəstəliklərin qarşısını almaq üçün dərman verildi" - deyə açıqlamada bildirilib.

Bəyanatda həmçinin deyilir: “Taun əlamətləri adətən yoluxmuş heyvan və ya birə ilə təmasda olduqdan 2-8 gün sonra insanlarda başlayır. Bu simptomlara qəfil başlayan hərarət, ürəkbulanma, zəiflik, titrəmələr, əzələ ağrıları və/yaxud bubo adlanan görünən şəkildə şişmiş limfa düyünləri daxil ola bilər.

Erkən diaqnoz qoyulmazsa, bubonik taun septisemik taun (qan axını infeksiyası) və ya pnevmonik tauna (ağciyər infeksiyası) çevrilə bilər. Bu vəba növləri daha ağırdır və müalicəsi çətindir. Xoşbəxtlikdən bu hal xəstəliyin ilkin mərhələsində aşkarlanıb müalicə olundu və cəmiyyət üçün az risk yaratdı. İnfeksion xəstəliklərlə bağlı araşdırmalar zamanı başqa heç bir taun halı aşkarlanmayıb”.

Açıqlamada Oreqonda vəba xəstəliyinin nadir hallarda müşahidə edildiyi və bundan əvvəl son yoluxmanın 2015-ci ildə müşahidə edildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu