Himalay dağının zirvəsindən 4 cəsəd, 11 ton zibil tapılıb


Himalaydakı Everest, Nuptse və Lhotse dağlarının zirvələrindən 11 ton zibil yığılıbı, 4 cəsəd və 1 skelet aşkar edilib.


“The Himalayan Times” qəzetinin məlumatına görə, zirvənin bəzi dağlarında, o cümlədən dünyanın ən hündür dağı Everestdə illik təmizləmə işləri aparılıb.

Təmizlik işlərini aparan Nepal ordusundan verilən açıqlamada 55 gün davam edən prosesdə Everest, Nuptse və Lhotse dağlarının zirvələrindən 11 ton zibil yığıldığı, 4 cəsədin və bir skeletin çıxarıldığı bildirilib.

Son 5 il ərzində ümumilikdə zirvədən 119 ton zibil yığılıb, 14 cəsəd və bir neçə skelet tapılıb.

Nepal Turizm Departamentinin Alpinizm direktoru Rakesh Gurung BBC-yə bildirib ki, hökumət gələcəkdə zibillərin toplanması üçün daha çox büdcə ayırmağı planlaşdırır.

Eyni zamanda, hökumət dağdakı izdihamı azaltmaq və təhlükəsizliyi təmin etmək üçün zirvəyə qalxmağa çalışan alpinistlərin sayını azaltmağa çalışır.

Everestdə 50 tondan çox tullantı və 200-dən çox cəsədin olduğu təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu