Qəzzada zibil qalaqları fələstinlilərin həyatını təhdid edir
Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdə zibil qalaqları ilə əhatə olunmuş çadırlarda yaşamaq məcburiyyətində qalan minlərlə məcburi köçkün fələstinli epidemiya təhlükəsi altında yaşayır.
Qəzza zolağının cənubundakı köçkün fələstinlilərin sığındığı Əl Mevasi bölgəsini də minlərlə ton bərk tullantı əhatə edir və ətraf mühit üçün təhlükə yaradır.
Bölgə sakinləri zibil dağlarından yaranan pis qoxuların, həşəratların, milçəklərin və gəmiricilərin ətrafa yayılmasından çox narahat olduqlarını bildiriblər.
Bölgə əhalisi hepatit infeksiyası ilə yanaşı uşaqlarda ishal, qusma və yüksək hərarət səbəbiylə ölümlərin olduğunu bildirirlər.
Mütəxəssislər bildirirlər ki, tullantıların yığılması vəba, dəri, bağırsaq xəstəliklərinin yayılmasına, tənəffüs xəstəliklərinin yaranmasına səbəb ola bilər.