Meksikanın Miçoakan ştatında mer öldürülüb


Meksikanın Miçoakan ştatında Kotija bələdiyyəsinin rəhbəri Yolanda Sançes Fiqeroa öldürülüb.



Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Ştat hökumətinin katibliyi X sosial media platformasında "Cinayətə görə məsuliyyət daşıyanları tapmaq üçün federal orqanlarla koordinasiyalı təhlükəsizlik əməliyyatına başlanılıb" qeyd edib.

“El Financiero” qəzeti yazıb ki, ilkin məlumatlara görə, qadına ən azı 20 atəş açılıb və nəticədə o, dərhal yerindəcə ölüb. Qətl hadisəsi iyunun 3-də baş verib. Qeyd edildiyi kimi bundan əvvəl mer dəfələrlə Xalisko Yeni Nəsil (CJNG) kartelinin üzvləri tərəfindən təhdidlər almış və 2023-cü ilin sentyabrında Qvadalaxara şəhərində oğurlanmış, üç gün sonra sərbəst buraxılmışdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu