Meksikada 6,5 bal gücündə zəlzələ olub


Meksikanın Miçoakan ştatında, sentyabrın 19-da güclü zəlzələnin qeydə alındığı ərazidə bu gün 6,5 bal gücündə zəlzələ baş verib.



“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti tviter səhifəsində məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı yerin 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ baş verdiyi ərazidə həyata keçirilən təxliyə zamanı bir qadın yıxılaraq ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu