Meksikada 5,8 ballıq zəlzələ baş verib


Meksikanın Çiautla de Tapia şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.


ABŞ Geoloji Xidməti (USGS) tərəfindən verilən açıqlamada, 5,8 bal gücündə zəlzələnin Meksikanın Puebla əyalətindəki Çiautla de Tapia şəhərindən 10 kilometr şimal-şərqdə, 45 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.

Meksikanın Milli Seysmoloji Xidməti zəlzələnin yerli vaxtla saat 14.03-də baş verdiyini açıqlayıb.

Zəlzələ Puebla ştatında, eləcə də ətraf Morelos, Gerrero, Oaxaca, Tlaxcala və paytaxt Mexiko ştatlarında hiss olunub.

Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu