Azərbaycan Premyer Liqasının XXXVI turunda azarkeş rekordu qeydə alınıb


Azərbaycan Premyer Liqasının XXXVI turunda azarkeş rekordu qeydə alınıb.


Peşəkar Futbol Liqasından verilən məlumata görə, son turun oyunlarını 24 300 tamaşaçı izləyib.

Bu isə mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13 800 izləyici.

Ümumilikdə isə çempionatın 180 matçında 276 487 tamaşaçı olub. Orta hesabla hər oyunu 1536 azarkeş izləyib.

XXXII turun "Sumqayıt” – "Qarabağ” və XXXVI turun "Sumqayıt” – "Qəbələ” görüşlərini rekord sayda – 9300 nəfər izləyib. XXI turun "Sumqayıt” – "Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna "Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox tərəfdar toplayan komandası "Turan Tovuz” olub. Bu göstəricidə "Neftçi” üçüncüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu