“Qarabağ”ın oyunu azarkeş sayına görə ilk beşlikdədir
UEFA Avropa Liqasının son turunda ən çox azarkeş qəbul edən oyunların siyahısını açıqlayıb.
Cümə axşamı Bakıda keçirilən "Qarabağ" - "Nant" qarşılaşması beşinci pillədə yer alıb. Rəsmi statistikaya görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı 26 495 nəfər izləyib.
Ən çox futbolsevər isə "Roma" - "HİK" oyununda qeydə alınıb. İtaliyadakı matça 60 193 nəfər stadionda baxıb.
Ümumilikdə turun 15 matçında 300 mindən çox azarkeş olub.
Statistikanı təqdim edirik: