“Qarabağ” – “Neftçi” oyunu tamaşaçı sayına görə rekorda imza atıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019-cu il mövsümündə matçları izləyən tamaşaçı sayı ilə bağlı yeni rekord qeydə alınıb.
XV turda “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyunu (1:1) 6 min tamaşaçı izləyib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.
Bu oyuna qədər ən çox tamaşaçı “Sabah” – “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. VI turda “Əlincə Arena”da keçirilən qarşılaşmanı 4500 tamaşaçı izləmişdi.
Ümumilikdə XV turun dörd oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakı göstəricidən 280 nəfər çoxdur.