Uzun müddət korset taxmaq bu xəstəliklərə səbəb ola bilər
Uzun müddət korset taxmaq tənəffüs çətinliyinə, qabırğaların deformasiyasına və həzm sistemi xəstəliklərinə səbəb ola bilər.
AFN.az xəbər verir ki, bu haqda plastik cərrah Naveen Kavalenin şərhi "The Sun"da təqdim edilib.
Onun fikrincə, bu geyim bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, korsetin tez-tez geyinilməsi onurğanın vəziyyətinə təsir göstərə bilər, bu da nəticədə bel ağrısına gətirib çıxarır.
Mütəxəssis həmçinin alarkən düzgün korset modelinə diqqət yetirməyi məsləhət görüb: "Təzyiqləri bərabər paylayan və rahat nəfəs alma və hərəkət etməyə imkan verən yaxşı dizayn edilmiş korsetləri seçin. Lakin bu halda da onları fasiləsiz geyinməyin".