Vaxtından əvvəl doğulan uşaqlarda daha çox hansı problemlərə rast gəlinir? - AÇIQLAMA


Vaxtından əvvəl doğulan uşaqlarda daha çox rast gəlinən problemlər açıqlanıb.

AFN.az-ın məlumatına görə, bu barədə Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev məumat verib.

Onun sözlərinə görə, həmin uşaqlarda əsasən, tənəffüs çatışmazlığı ola bilər: “Bu cür uşaqların uzun müddət tənəffüs dəstəyi aparatında saxlanılması məcburiyyəti yaranır. Həmçinin belə uşaqlarda qidalanma problemi ola bilər ki, bu da həzm sisteminin tam inkişaf etməməsi ilə bağlıdır. Bunlardan əlavə olaraq, eşitmə, görmə, fiziki-əqli problemlər də görülə bilər”.

Direktor bildirib ki, bütün bu problemlərin vaxtında aşkarlanması üçün lazım olan müayinələrdən keçmək laızmdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu