Ailələrə xəbərdarlıq: Bu oyunlar uşaqlarınızın qəfil ölümünə səbəb ola bilər!
Avstraliyada aparılan araşdırmalar yüksək adrenalinə səbəb olan video oyunların uşaqlarda irsi ürək xəstəliklərini tətiklədiyini ortaya çıxarıb.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Avstraliyanın Sidney şəhərindəki Uşaqlar üçün Ürək Mərkəzində aparılan araşdırma göstərib ki, hərəkət və maraqlı oyunlar zamanı ifraz olunan yüksək adrenalin uşaqlarda ölümcül xəstəliklərə səbəb ola bilər. Araşdırma müəllifləri bildirirlər ki, bu tətik nəticəsində uşaqlarda huşun itirilməsi, ürəyin dayanması, ani ritm pozğunluqları baş verə bilər. Kardioloq Əli Metin Esen belə oyunların qəfil ürək problemlərinə səbəb olduğuna dair elmi məlumatların olduğunu bildirib.
Son 10 ildə uşaqların video oyunlara marağının artdığını ifadə edən Ali Metin Esen, “2022-ci ilin oktyabr ayında Avstraliya alimləri tərəfindən aparılan klinik araşdırma, uşaqların ani ritm pozğunluqları, huşunu itirmə hücumları nəticəsində həyat itkisi yaşaya biləcəyini göstərdi. Video oyunları zamanı qəfil ürək dayanmaları aşkarlanmış ürək xəstəliyi olmayan uşaqlarda rast gəlindi. Oyun zamanı huşunu itirmə və bayılma kimi simptomlar olan uşaqların əhəmiyyətli bir hissəsində diaqnoz qoyulmamış irsi ritm pozğunluqları olduğu müşahidə edildi. Burada da huşunu itirmə, ritm pozğunluqları və ani ürək ölümlərinə səbəb olan vəziyyətlər var" - deyə kardioloq bildirib.
Valideynlərə xəbərdarlıq edən Ali Metin Esen deyib: "Uşaqlarınız bu oyunları çox oynayırsa və oyun zamanı "ürəyim sıxılır, həyəcanlanıram, bayılıram" kimi simptomlar ifadə edirsə, bunu nəzərə almalı və ürəklərini yoxlatdırmalısınız. Ürək xəstəliyi varsa, xüsusən də bu uşaqlarda daha təhlükəli vəziyyət yaranır. Bu problemlər adrenalinin pik həddə çatdığı maraqlı yarışlar və oyunlar zamanı yaranır. Bu hallar aşkar edilərsə, uşaqları bu mühitdən uzaq tutmaq lazımdır".
FAMİL