Kompüterinizə nə qədər tez-tez "perezaqruska" verməlisiz?
Əgər kompüterinizdən uzun müddət fasiləsiz istifadə etsəniz, cihazın əməliyyat sisteminin işi pisləşə bilər. Bu, həm də hansı proqramların istifadə edildiyi kimi bir sıra amillərdən təsirlənir. Yenidən yükləmə ("perezaqruska") bəzi pozuntuları düzəldə bilər.
Yenidən başlatdığınız zaman əməliyyat sistemi tamamilə bağlanır və yenidən işə başlayır. Bu, sistemin sabitliyi üçün faydalıdır. Bu prosedurun yeni proqram təminatı quraşdırdıqdan, sistemi yenilədikdən sonra, cihazın uzun müddət işləməsi, qrafik redaktorlar, oyunlar və digər proqramlardan istifadə etməklə həyata keçirilməsi tövsiyə olunur.
Yenidən yükləmə tezliyi kompüterdən və əməliyyat sistemindən asılıdır. Əksər informasiya texnologiyaları mütəxəssisləri "Windows" istifadə edirsinizsə, ən azı 2-3 gündə bir dəfə yenidən başlamağı məsləhət görürlər.
"MacOS" kompüterləri daha sabitdir. Yalnız əməliyyat sistemini yeniləyərkən və ya quraşdırarkən cihazı yenidən başlatmalısınız.
Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, yalnız cihazı söndürmək / yandırmaq deyil, "yenidən başladın" seçimini seçmək lazımdır.
"Windovs"un bütün versiyalarında istədiyiniz dialoq qutusunu açmaq üçün Ctrl+Alt+Del klaviatura qısa yolundan istifadə edə bilərsiniz.
Bəs yenidən yükləmə hansı problemləri həll edir?
Yaddaş təmizlənir. Kompüterinizi yenidən başlatmaq uzun müddət istifadə etdikdən sonra cihazın yaddaşını boşaltmağa kömək edir. Belə sadə bir hərəkət sistemi əhəmiyyətli dərəcədə sürətləndirəcəkdir.
Dəyişikliklərin aktivləşdirilməsi. Proqram təminatını yenilədikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün kompüterinizi yenidən başlatmalısınız.
Sistemin normal fəaliyyətinin bərpası. Kompüterdə uzun müddət işlədikdən sonra proseslər yavaşlaya və ya səhv işləyə bilər. Yenidən yükləmə kompüterinizi normal vəziyyətə gətirə bilər.
Səhv korreksiyası. PC-nin yenidən işə salınması cihazın istifadəsi zamanı baş vermiş bəzi səhvləri düzəldə bilər.
Təhlükəsizlik. Cihazın yenidən başlaması, PC uzun müddət işləyərkən baş verə biləcək bəzi çatışmazlıqları aradan qaldırmağa kömək edəcəkdir.