Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb
Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.
AFN.az-a bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb.