Dövlət büdcəsində 821,7 milyon profisit yaranıb
2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat açıqlanıb.
Maliyyə Nazirliyindən AFN.az-a verilən məlumata görə, 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9234,3 milyon manat, xərcləri 8412,6 milyon manat olub.
821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.