Bolqarıstanda Sovet Ordusu abidəsinin sökülməsinə yenidən başlanıb
Bolqarıstanın paytaxtı Sofiyada nasizm üzərində qələbənin əlaməti olaraq sovet ordusuna ucaldılan abidənin sökülməsi yenidən başlayıb.
Aprelin 22-də postamentdə konservasiya işlərinə başlanılıb. Bu barədə BTA məlumat yayıb.
Qeyd olunur ki, abidənin sökülməsi Dirçəliş partiyasının tələbi ilə dayandırılıb. Bir müddət sonra Ali İnzibati Məhkəmə (AİM) Sofiya Şəhər İnzibati Məhkəməsinin qərarlarını hüquqi mənafe olmadığına görə etibarsız sayıb və sökülmə işləri bərpa olunub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, heykəltəraşlıq kompozisiya yerli siyasi oyunların və Bolqarıstan isteblişmentinin ayrı-ayrı nümayəndələrinin şəxsi ambisiyalarının girovuna çevrilib. Onun sözlərinə görə, Sofiya “heç bir utanmadan” abidənin gələcək taleyi ilə bağlı məsləhətləşmələrin aparılması ilə bağlı Moskvanın israrlı təkliflərinə məhəl qoymayıb.