NATO ölkələri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri verməyə qərar verib


NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqlərin qısa müddətdə Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyə qərar verdiyini açıqlayıb.


NATO-Ukrayna Şurası müdafiə nazirləri səviyyəsində onlayn iclas keçirib.

İclasdan sonra mətbuata açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun bütün alyansdakı mövcud texnikanın xəritəsini tərtib etdiyini və Ukraynanın istifadəsinə verilə biləcək sistemlərin olduğu qənaətinə gəldiyini bildirib.

Bunların arasında Patriot sistemlərinin də olduğunu bildirən Stoltenberq, bu mərhələdə əlavə təfərrüatları paylaşmayacağını bildirib.

Stoltenberq nazirlərin 155 millimetrlik sursat, dərin dəqiqlikli zərbə imkanları və pilotsuz uçuş aparatları da daxil olmaqla bir çox digər təcili ehtiyaclara da toxunduqlarını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu