Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb
Omanın ONA xəbər agentliyinin məlumatına görə, ölkədə bazar günündən bəri davam edən güclü yağış və güclü küləklərin təsirləri sona çatıb.
Ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib.
Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
ONA daha əvvəl xəbərlərdə yardım əməliyyatları zamanı polis vertolyotları ilə 1630 vətəndaşın xilas edildiyini, 630 nəfərin təxliyyə edildiyini, 202 axtarış-xilasetmə uçuşu əməliyyatının həyata keçirildiyini açıqlamışdı.