Paşinyanın 1915-ci il hadisələri ilə bağlı sözləri Ermənistanda gündən oldu


Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət (Meds Yeghern)” və “qırım” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub.



Baş nazir Paşinyan özünün şəxsi “Facebook” səhifəsində hakim partiyasının “Mülki müqavilə” siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” adlı müraciətini dərc edib.

XVII əsrin əvvəllərində İran şahı Abbas tərəfindən ermənilərin İrana köçməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub.

Paşinyan 1915-ci il hadisələri üçün Ermənistanda işlədilən “soyqırım” əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “qırım” sözlərindən istifadə edib.

Qısa müddətdə müxalifət dairələrindən reaksiya alan Paşinyanın bu sözləri ölkədə gündəm olub.

Paşinyan hələ də ona qarşı tənqidlərə cavab verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu