İran İsraili vurdu - "Kurtlar Vadisi"ndəki səhnə gündəm oldu
İran İsraili kamikadze PUA ilə vurması "Kurtlar Vadisi"ndə baş verən bir səhnəni də gündəmə gətirib.
Sözügedən səhnədə Polat Alemdar obrazının İsrail və İranla bağlı apardığı müşahidələr diqqət çəkib.
Səhnədə İran və İsraillə bağlı dialoq belədir:
Əslində bölgədə İsraillə İran arasında sözsüz əməkdaşlıq mövcuddur.
Onların hər ikisi bir-birinə müxalif olmaları ilə varlıqlarını qoruyurlar. İsrail olmasaydı, İran regionda hökmranlıq edə bilməzdi. İran olmasaydı, İsrail amerikalılardan istədiyi kimi istifadə edə bilməzdi.
Təzyiqinin aşağı düşdüyünü hiss etdikləri an süni böhran yaradırlar. Bütün dünya həyəcan vəziyyətindədir. İran bundan istifadə edir və bunun müqabilində bölgəyə mesajını verir.
İsrail deyir ki, "İran terrorçuların ən böyük dəstəkçisidir. Biz onu məhv etməməliyik".
Arada da neft və silah lobbisi böyük pul qazanır.