Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb


Aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.



Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, dörd kiloqrama yaxın metamfetamin və tiryək olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu