Kristalina Georgiyeva BVF-nin prezidentliyinə yeganə namizəd oldu


Beynəlxalq Valyuta Fondu (BVF) hazırkı prezident Kristalina Georgiyevanın fondun növbəti prezidentinin seçilməsi prosesində yeganə namizəd olduğunu açıqlayıb.



5 illik prezidentlik müddəti sentyabrın 30-da başa çatacaq BVF-nin yeni prezidentinin seçilməsi ilə bağlı açıqlama verilib.

Bəyanatda BVF prezidentliyinə namizədlik prosesinin aprelin 3-də başa çatdığı, Georgiyevanın yeganə namizəd olduğu bildirilib.

Bəyanatda Georgieva ilə İcraçı Direktorlar arasında görüşlər də daxil olmaqla, prosesin daha əvvəl elan olunmuş istiqamətdə davam edəcəyi və seçki prosesinin ən qısa zamanda və aprelin sonuna qədər yekunlaşdırılmasının hədəfləndiyi bildirilib.

Qeyd edək ki, BVF-nin martın 13-də verdiyi açıqlamada İcraçı Direktorlar Şurasının növbəti prezidentin seçilməsi prosesinə start verdiyi açıqlanıb. Georgieva martın əvvəlində BVF rəhbərliyində ikinci müddətə işləmək istədiyini açıqlayıb.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri də Georgiyevanın daha bir müddət BVF-nin rəhbəri olmasını dəstəklədiklərini açıqlayıblar.

Ənənəvi olaraq BVF-nin prezidentini Avropa ölkələri, Dünya Bankının prezidentini isə ABŞ müəyyənləşdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu