BVF Argentinaya 4,7 milyard dollar ödəməyi təsdiqləyib


Argentina üçün təxminən 44 milyard dollarlıq kredit proqramının yeddinci baxışını tamamlayarkən Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası 4,7 milyard dolların ödənilməsini təsdiqləyib.



BVF-dən verilən açıqlamada Argentina üçün “Genişləndirilmiş Fond Proqramı” çərçivəsində yeddinci baxışın tamamlandığı bildirilib.

Açıqlamada Argentinanın yeni administrasiyasının makroiqtisadi sabitliyi və kredit proqramını bərpa etmək üçün güclü siyasət səylərini dəstəkləmək üçün təxminən 4,7 milyard dollar ödəməyə qərar verildiyi ifadə edilib.

Bəyanatda ötən ilin son rübündə ölkədə ciddi siyasət sapmalarını düzəltmək üçün iddialı sabitləşmə planının həyata keçirildiyi, planın inflyasiyanın daimi olaraq azaldılması, ehtiyatların bərpası və təhriflərlə mübarizə və uzun müddətdir davam edən siyasətləri ehtiva etdiyi bildirilib.

Açıqlamada son təsdiqlə 44 milyard dollarlıq proqram çərçivəsində ödənişlərin 40,6 milyard dollara çatdığı bildirilib.

BVF prezidenti Kristalina Georgieva da mövzu ilə bağlı açıqlamasında Argentinanın yeni administrasiyasının makroiqtisadi sabitliyi bərpa etmək və böyüməyə maneələri aradan qaldırmaq üçün cəsarətli addımlar atdığını bildirib.

Argentina üçün təxminən 44 milyard dollarlıq kredit proqramı 25 mart 2022-ci ildə təsdiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu