"Mastercard"ın keçmiş rəhbəri Dünya Bankının prezidenti vəzifəsinə yeganə namizəd oldu


"Mastercard"ın keçmiş rəhbəri Ajay Banqa Dünya Bankının (DB) rəhbəri vəzifəsinə yeganə namizəd olub.


AFN.az xəbər verir ki, bu barədə DB mətbuat xidməti məlumat yayıb.

DB-nin növbəti prezidentliyinə namizədlik müddəti martın 29-u çərşənbə günü başa çatıb. Şura bir ərizə qəbul edib və bu vəzifəyə ABŞ vətəndaşı Ajay Banqa namizəd olub.

DB-nin hazırkı prezidenti David Malpas da 2019-cu ildə bu vəzifəyə yeganə namizəd olub.

Fevralın 23-də ABŞ prezidenti Co Bayden Banqanın Dünya Bankının prezidentliyinə namizədliyini irəli sürüb. DB-nin hazırkı prezidenti David Malpas fevralın 30-da vəzifəsini tərk etmək qərarını açıqlamışdı.

1944-cü ildə yarandığı gündən bəri Dünya Bankına həmişə amerikalılar rəhbərlik edib. Sözsüz razılaşmaya əsasən, amerikalılara faktiki olaraq bankda birinci, BVF-də ikinci, avropalılara isə fondda liderlik verilir. İnkişaf etməkdə olan ölkələr uzun illərdir ki, rəhbərliyə gətirmək üçün Afrika, Latın Amerikası, Asiya və ya Okeaniyadan olan namizəd axtarırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu