Türkiyədə seçki qutularının yarısı açılıb - CHP öndədir

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə nəticələr açıqlanıb.
Seçki qutularının 51,65% -i açılıb.
Nəticələrə əsasən, Cumhuriyyət Xalq Partiyası (CHP) 37,89% səslə irəlidədir.
Ölkədə hakimiyyətdə olan Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 36,85% səslə 2-ci, DEM Partiyası isə 5,87% ilə 3-cü yerdədir.