Hizbullah İran istehsalı olan "Fələq" və "Burkan" raketləri ilə İsrailə hücum edib


Hizbullah Hərəkatı Livanın cənubundan sərhəddəki İsrail hərbi məntəqələrinə İran istehsalı olan “Fəlaq” və “Burkan” raketləri ilə hücumlar təşkil etdiyini açıqlayıb.



Açıqlamada Şebaa Farms bölgəsində yerləşən Zibdin hərbi mövqeyinin ikinci dəfə "Fələq" raketi ilə vurulduğu qeyd edilib.

Həmçinin İsrailin Branitdəki 91-ci Briqada bazasının Burkan raketləri ilə, Hunin qalasındakı hərbi mövqenin isə artilleriya atəşi ilə hədəfə alındığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu