Hizbullah İsrailin hərbi məntəqəsinə hücum edib

Hizbullah Hərəkatı Livanın cənubundan İsraildəki hərbi məntəqəyə hücum etdiyini açıqlayıb.
Açıqlamada İsrailin Əl Malikiyye hərbi məntəqəsinə “uyğun silahlarla” hücum təşkil edildiyi bildirilib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail silahlı pilotsuz uçuş aparatları (PUA) Beyt Lif və Ramya qəsəbələri arasındakı ərazini bombalayıb.
Kefryatir şəhərinin səmasında raketin partladığı və düşən qəlpələrin bir avtomobilə dəydiyi bildirilir.