Şimali Koreyanın dövlət televiziyası cins şalvara senzura tətbiq etdi


Şimali Koreya dövlət televiziyası bağçılıqla bağlı BBC-nin nümayiş etdirdiyi proqramı yayımlayıb, lakin proqram aparıcısının geyindiyi cins şalvar senzuraya məruz qalıb.



“Bağ sirləri” adlı proqramın 2010-cu il versiyasını yayımlayan Şimali Koreya televiziyası Tiçmarşın cins şalvarına senzura tətbiq edib.

“Mavi jeans” Şimali Koreyada Qərb imperializminin simvolu kimi qəbul edilir və buna görə də qadağandır.

Şimali Koreyada cins şalvar geyinməyə qadağa 1990-cı illərdən başlayıb. O zamankı lider Kim Çen İr cins şalvarın Qərb imperializminin simvolu olduğunu müdafiə edib. Şimali Koreya administrasiyasının fikrincə, bu şalvarın sosialist dövlətində yeri yoxdur.

Son illərdə Qərb mədəniyyətinə qarşı ton yenidən sərtləşib və bu qadağa yenidən ciddi şəkildə tətbiq olunmağa başlayıb. 2020-ci ildə dövlətə məxsus “Rodong Sinmun” qəzeti ölkə vətəndaşlarını burjua mədəniyyətini rədd etməyə və üstün sosialist həyat tərzini qəbul etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu