Cənubi Koreya "Netflix"i əməliyyat pozuntularında ittiham edir
Cənubi Koreya qlobal rəqəmsal yayım platforması "Netflix"ə qarşı abunəliyin ləğvi ilə bağlı istifadəçilərinə ədalətsiz davrandığı səbəbi ilə istintaq başladıb.
"Yonhap"ın xəbərinə görə, Cənubi Koreya Ədalətli Ticarət Komissiyası (SKFTC) istifadə şərtlərini və abunə ləğvi şərtlərini müəyyən edən digər sənədləri qəbul etmək üçün "Netflix"in paytaxt Seuldakı binasına müfəttiş göndərib.
"Netflix" istifadəçilərinin üzvlüklərini erkən ləğv etmələrini çətinləşdirməkdə və hesab-faktura müddətində üzvlük ləğvi prosesi haqqında istifadəçilərə lazımi şəkildə məlumat verməməkdə günahlandırılır.
Cənubi Koreya Rabitə Komissiyasının məlumatlarına görə, "Netflix" 11 milyondan çox abunəçisi ilə ölkədə aylıq ən çox istifadəçi sayına malik rəqəmsal platformadır, fəaliyyəti araşdırılan başqa bir rəqəmsal platforma olan "Wavve" isə 4 milyona yaxın abunəçi ilə 4-cüdür.
Xatırladaq ki, "Netflix" 2022-ci ilin fevralında Cənubi Koreyada "ədalətsiz abunəlik təcrübələrinə" görə cərimələnib.